top of page

Dövlət Xidmətində kadr islahatı - 5 rəhbər işdən çıxarıldı


Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.

Azadpress.az xəbər verir ki, artıq miqrasiya nəzarəti baş idarəsinin rəis müavini Rövşən Səfərov, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, miqrasiya proseslərinin analizi iderəsinin rəisi Mehman Səfərov işdən çıxarılıblar.

Bundan savayı, daxili təhlükəsizlik idarəsinin rəisi və rəis müavini, qanunsuz miqrantların saxlanması mərkəzinin rəisi vəzifələrindən azad olunublar.İstiqlal.az


bottom of page