Milli Məclisin deputatı ilə bağlı gülüş doğuran foto yayılıb.
Azadpress.az xəbər verir ki, Lənkəran şəhərinin deputatı Rüfət Quliyev özünəməxsus addımı ilə diqqət mərkəzinə düşüb. O, öz fəaliyyəti barədə seçicilərinə məlumat vermək üçün xüsusi “məlumat guşəsi” yaradıb. Lakin guşənin içərisi tamamilə boş vəziyyətdədi. Qutuda heç bir məlumatın olmaması isə deputatın fəaliyyəti ilə əlaqələndirilir.
Rüfət Quliyevin bu addımı sosial şəbəkələrdə yayılıb və insanlar tərəfindən gülüş obyektinə çevrilib.
“Məlumat guşəsi”nin dirəyinin ətrafını ot basması isə qutunun buraya çoxdan yerləşdirildiyindən xəbər verir.
Azadpress.az Minval.info