Trampın çılpaq heykəli baha satıldı


“Julien’s Auctions” hərrac evində ABŞ prezidenti Donald Trampın çılpaq heykəli 28 min dollara satılıb.

Azadpress.az xəbər verir ki, bu barədə “Raw Story” məlumat yayıb.

Anarxistlərin hazırladığı heykəli “Travel Channel” telekanalında yayımlanan paranormal hallar haqqında “Ghost adventures” (kabus sərgüzəştləri) verlişinin aparıcı Zak Baqans əldə edib.

O, heykəli Las-Veqasdakı “kabuslar muzeyində” nümayişə çıxaracağını bildirib. Oxu.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.