Aktyor Fuad Poladov dünyasını dəyişdi


Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladov vəfat edib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.