top of page

İşəgötürənlər hemofiliyalı xəstələrin hüququnu pozur


Hemofiliya problemi 18 yaşdan yuxarı xəstələrin iş tapmasına çətinliklər törədir.

Azadpress.az xəbər verir ki, Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov belə deyib.

Onun sözlərinə görə, hemofiliyalı gənclər iş üçün müraciət etdikdə onları işə qəbul etməkdən çəkinirlər: "Müraciət etdikləri qurumlarda xəstəlikləri barədə öyrənəndə hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər. Bu, düzgün yanaşma deyil. İnanırıq ki, maarifləndirmə tədbirləri sayəsində insanlar belə fikirlərdən daşınacaq, xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasına kömək edəcəklər".


bottom of page