
Brazilyanın Santa Kruz Do Arari şəhərinin bələdiyyə başçısı küçə itlərinin öldürülməsi üçün xalqa pul vəd edib.
Azadpress.az xəbər verir ki, haqqında cinayət işi açılan bələdiyyə başçısı şəhəri küçə itlərinin səbəb olduğu xəstəliklərdən qorumaq üçün belə bir şey etdiyini deyib. Amma bəzi heyvan sahibləri itlərin pul üçün oğurlanıb öldürüldüyünü iddia ediblər.
Bələdiyyə başçısına məhkəmə tərəfindən 20 il həbs cəzası verilib. Bələdiyyə başçısının qardaşı və hadisədə iştirak etmiş bir neçə nəfərə 2 və 3 il arasında həbs cəzaları verilib.Metbuat