Professor deputata cavab verdi:"Bu işə Üzeyir bəy nəzarət edib"


Ötən həftə deputat,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov himnimizdəki sözlərin dəyişdirilməsi, xətaların aradan qaldırılması təklifini irəli sürüb. O qeyd edib ki, bir sıra sözlər 1918-ci ilə olan variantda olmayıb.

Professor Şirməmməd Hüseynov məsələyə münasibət bildirib:

“İstənilən şəxsin fikir söyləmək hüququ, ixtiyarı var. Heç kəsə də qadağan etmək olmaz ki, “hansısa fikri demə”. Sadəcə, bu cür məsələlərə soyuqqanlı yanaşmaq, müzakirələr aparmaq, sonda isə ümumi rəyi xalqın ixtiyarına vermək lazımdır. Yoxsa hər kəs ağzına gələni danışır, biz də başlayırıq müzakirə etməyə. İndi deyir də, necə deyək ki, danışma. Onun xoşuna gəlməyə bilər, amma millətin ki, xoşuna gəlir. Kiminsə deməyi ilə himnin sözləri dəyişmədi ki. Himnin sözləri, musiqisi tələm-tələsik yazılmayıb. Əvvəlcədən həm sözlərə, həm də musiqiyə müsabiqə elan ediblər. Bu işə də Üzeyir bəy nəzarət edib".


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.