top of page

Rusiyada hökumət əleyhinə aksiyalar keçirilib-YENİLƏNİB


Moskvada keçirilən icazəsiz etiraz aksiyasında müxalifət lideri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.A.Navalniy bu gün Rusiyanın müxtəlif şəhərlərində keçirilən aksiyaların təşkilatçısıdır.Polisin və Rusiya kazaklarının müdaxiləsinə baxmayaraq aksiyalar axşam saatlarına qədər davam edib.

*****

Rusiyanın şərqində -Novosibirsk,Krasoyarsk,Çelyabinsk və digər şəhərlərində “O bizə çar deyil” mitinqi keçirilir.

Azadpress.az "Telekanal Dojd"-a istinadən xəbər verir ki,Sibirdə keçirilən aksiyaya əsasən gənclər toplanıb.

Telekanal xəbər verir ki, artıq onlarla aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Aksiya müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilib və Rusiyanın şərqindəki şəhərlərində keçirilir.


bottom of page