Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb. Azadpress.az xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Nazirliyin nümayəndəsi Nicat İmanov deyib. “Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, - deyə o qeyd edib. Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur"
Report