top of page

Bakının mərkəzində avtobus sürücüsü qəza törədib qaçdı


Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub. Azadpress.az xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. "108 A" saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal "ATS"-i kimi tanınan inzibati binanın qarşısındakı "Mitsubishi" və "Tofaş" markalı avtomobillərə çırpılıb. Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb. Ehtimallara görə sürücü içkili olub.

Report


bottom of page