
Müğənni Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert proqramı ilə çıxış edib.
Azadpress.az xəbər verir ki, səhnəyə çıxan Röya gecəyə “Doldur ürəyimi” mahnısı ilə başlayıb. Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans göstərib.
Həyəcanını gizlətməyə çalışan Röya “Səndən başqa” mahnısını ifa edərkən sözləri unudub. Ifadan sonra həyəcanlı olduğu üçün sözləri unutduğunu deyib. Daha sonra əməkdar artist “Bilərsənmi”, “Son sözüm”, “Dəli küləyim”, “Kül olsun hisslər”, “Sən və mən”, “Yolun açık olsun”, “Sənə ehtiyacım var”, “Toxun mənə”, “Bu gecə”, “Bu gecə”, “Ağla”, “Bir iki kəlmə”, “Düşürsən tez-tez yada”, “Sənin deyiləm”, “Yar gələrsən”, “Etibarım yox” mahnılarını ifa edib. Səsləndirdiyi hər mahnısından sonra tamaşaçılar ilə ünsiyyət quran əməkdar artist yanında olan hər kəsə təşəkkürünü bildirib: “Adamın arxasında bahalı insanlar olanda özünü güvəndə hiss edir. Mənim yanımda hər zaman gözəl insanlar olub. Onlar çətin anlarımda mənə kömək edirlər”. İfaları alqışla qarşılanan müğənnini izləyənlər arasında atası və oğlu da olub. Gecənin maraqlı məqamlarından biri də Miri Yusifin ifaçının oğlu ilə səhnəyə çıxması olub. Röya Ayxan və M.Yusif “Səndən bir dənədir” duetini səsləndirib. Müğənninin oğlu Hüseynin rəqsi də maraqla qarşılanıb.
Musavat