top of page

Nobel mükafatçısı:"Bakıda baş verən faciələrdə bolşevik Şaumyanın əli var"


“Azərbaycanda törədilən faciə və soyqırımlara, dəhşətli cinayətlərə obyektiv qiymət verilməlidir”.

Azadpress.az xəbər verir ki, bu sözləri iki dəfə Nobel mükafatçısı, Çeçenistan Yazıçılar İttifaqının sədri, yazıçı Kanta İbrahimov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənilər soyqırım haqqında 100 ildən çoxdur ki, xayala sığmayan faktlar deyirlər: “Soyqırım elmi cəhətdən təsdiq olunmalıdır. Bu soyqırımın əsası olmalı və bundan sonra hər bir fakta və hadisəyə nöqtə qoyulmalıdır. Belə olarsa, biz bundan sonra sülh içində yaşamalıyıq,” K. İbrahimov qeyd edib.

Çeçen yazıçı həmçinin, Qafqazda baş verən faciələrə də münasibət bildirib. Onun sözlərinə görə, Qafqazda, xüsusən Bakıda baş verən qırğınların və faciələrin törədilməsində bolşevik Stapan Şaumyanın əli var: “”Azərbaycanda törədilən faciə və soyqırımlara, dəhşətli cinayətlərə obyektiv qiymət verilməlidir”,- Nobel mükafatçısı vurğulayıb.

GAXA


bottom of page