Qafqaz Müsəlmanlar İdarəsinin yaydığı məlumata görə, 2018-ci ilin Ramazan ayının təqviminə əsasən Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır.
Azadpress.az xəbər verir ki,Ramazan bayramı isə 15 iyun tarixinə təsadüf edir.
Ramazan ayı Ramazan hilalının görünməsi ilə başlayır. Vaxtlar hesablama üsulu ilə aparıldığı üçün imsak və iftar vaxtlarında 5-10 dəqiqə ehtiyat etmək lazımdır.