
Sabirabadda traktorun lafetinin kanala aşması nəticəsində həlak olan qadınların pambıq tarlasında işləməyə aparıldığı bildirilir. Xəbərlərə görə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, rayonun prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir.
Çoxsaylı insan itkisi ilə nəticələn bu hadisə traktor sürücüsünün cinayətkarcasına səhlənkarlığı ucbatından baş verib. Belə ki, traktor qoşqusunda insan daşınması ciddi səhlənkarlıq və qanun pozuntusudur, digər tərəfdən görünür qoşqu traktora etibarlı bərkidilmədiyi üçün yolda açılıb və kanala aşıb.