Azadpress.az xəbər verir ki, Millət vəkili Zahid Oruc Parlamentdə belə deyib.
Parlamentdə çıxışı zamanı o, mühacir Vidadi İsgəndərlini siyasi istismarda ittiham edib:
“Biz bu gün insan alveri qurbanlarından danışırıq. Ancaq Azərbaycana qarşı savaş açan bəzi beynəlxalq mərkəzlər də bu alverin başqa forması ilə məşğul olurlar. Bu gün Azərbaycana qarşı böyük bir çirkab-çamur kampaniyası gedir. O dairələrin ortaya atdığı şəxslərdən biri də Vidadi İsgəndərlidir ki, o hər gün zəhər qusur. Bizləri, ailələrimizi siyasi terrorla hədələyir. Qeyd edir ki, onlar Azərbaycanda tezliklə hər şeyi dəyişib məhv edəcəklər”.