“Nissan” Avropada dizel avtomobillərinin satışını dayandırır


“Nissan” avtomobil istehsalı şirkəti Avropada dizel avtomobillərinin satışını dayandıracağını bəyan edib.

Azadpress.az xəbər verir ki, buna səbəbü ç il əvvəl “Volkswagen” şirkətinin işlənmiş qazlarla bağlı saxtalaşdırmaları ortaya çıxdıqdan sonra, avropalı sürücülərin dizel yanacağı ilə işləyən avtomobillərə daha üstünlük verməməsidir.

Dizel mühərrikli avtomobillərin əvəzində şirkət atmosferi işlənmiş qazlarla korlamayan hibrid avtomobillərə və elektrmobillərə üstünlük verəcək.TREND


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.