ABŞ İranla bağlanmış nüvə sazişindən çıxır


ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətində olduğunu bildirib.

Azadpress.az xəbər verir ki, barədə “The New York Times” məlumat yayıb.

D.Tramp həmçinin əlavə edib ki, Vaşinqton İrana qarşı bütün sanksiyaları bərpa etmək və əlavə iqtisadi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.APA


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.