Müğənni Rəqsanə İsmayılova həmkarı Damlaya Rusiya toylarına getməyi qadağan etməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Azadpress.az xəbər verir ki, müğənni bu barədə Zaur Kamalın sosial şəbəkədə paylaşdığı videoda deyib:“Mən Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə əcəb də etmişəm. Hələ 3-4 nəfərə də qadağa qoyduracağam”.
Müğənninin qızı isə anasının zarafat etdiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə açıqlama verən Damla Rusiyada yaşayan bir həmkarı tərəfindən süni şəkildə onun Rusiyaya girişinə stop qoyulduğunu açıqlayıb. Lakin Damla həmin həmkarının adını çəkməyib.
İddialara görə, söhbət Rəqsanədən gedir. Çünki bir müddət öncə Xatun da Rəqsanənin ona Moskva toylarına getməsinə qadağa qoydurduğunu demişdi.Musavat