top of page

"Məhkəmə qərarı icra olunmur"-Tanınmış aktyor


Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən belə deyib:

"Evimi yeraltı qaraj tikəndə ucurdular. Həmin tikinti şirkəti isə Hacıbala Abutalıbova məxsusdu, qohum-əqrabaları işlədir. Mən nə istəyirəm ki? Evimi ucurubsan, ya evimi ver, ya da pulumu… Axı 3 məhkəmə qərar verib"

Əbdül Mahmudbəyov qeyd edib ki, məsələ ilə bağlı 4 ildir ki, 3 məhkəmənin qərarı var:

“Onu icra edən yoxdur. Hara baxır Ədliyyə naziri? Niyə camaatı narazı salırsınız? Məhkəmə qərarı varsa, icra olunmalıdır.7 nəfər para-para olan evin içində yaşayır. İçəri toz tökülür"