Ermənistan parlamentindəki uzun müzakirələrdən sonra nəhayət, ölkənin yeni baş naziri seçilib. Azadpress.az xəbər verir ki, yeganə namizəd olan müxalifət lideri Nikol Paşinyan əksəriyyətin səsini ala bilib. Bir aya yaxındır işğalçı ölkənin həyatını iflic edən hərəkatın rəhbərinə 59 deputat səs verib, əleyhinə isə 42 nəfər çıxıb. Bununla da N.Paşinyan hökumətə rəhbərlik etməklə bağlı iddiasını rəsmiləşdirib və parlamentin buraxılmasına ehtiyac qalmayıb. Paşinyan "Ermənistana xidmət edirəm"-deyə, səsvermənin nəticəsinə reaksiya verib.