Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyana teleqram göndərib.
Lakin Putinin təbrik məktubunda Nikol Paşinyan baş nazir seçilməsi münasibəti ilə təbrik edilməyib:
"Ümid edirəm ki, hökumət başçısı kimi gələcək fəaliyyətinizdə dostluq, müttəfiqlik münasibətlərinin, Müstəqil Dövlət Birliyi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsinə yönələcək”
Mətndən göründüyü kimi Rusiya hökuməti ermənilərin yeni seçiminə şübhə ilə yanaşırlar və etibar etmirlər. Xüsusən də "ümid edirəm" ifadəsi Rusiya prezidentinin yeni baş nazirə etimadının olmadığını isbat edir.