top of page

ATV rəhbərliyi məsələyə münasibət bildirdi


Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” sözləri cəmiyyətdə müzakirələrə səbəb olub.

Yenicag.az -a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:

“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.

ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:

“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik” demək istəyib”.


bottom of page