Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
Azadpress.az DSX-ya istinadən xəbər verir ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasılatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.