Meyiti evində tapılan baş redaktorun ölüm səbəbi məlum olub


“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.

Azadpress.az xəbər verir ki,ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

R. Talışınski evdə tək olub.APA-ya istinadən

Allah rəhmət eləsin!


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.