Rusiyada manqalda bişirilən ənənəvi Azərbaycan kababı qadağan olunur.
Rusiyada futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlərdə kabab bişirmək qadağan ediləcək. Azadpress.az xəbər verir ki, bu, həmin şəhərlərdə xüsusi yanğından mühafizə rejiminin tətbiq olunması ilə əlaqədardır. Həmin müddət ərzində həmçinin quru otların yandırılmasI, tonqal qalanması, eləcə də zibil və digər tullantıların yandırılması qadağan ediləcək. Bu qaydaları pozan vətəndaşlar cərimələnəcəklər. Futbol üzrə dünya çempionati iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.