
İran nüvə silahı istehsal edəcək səviyyəyə gələrsə, biz də xalqımızı qorumaq üçün nüvə silahının istehsalına başlayacağıq.
Azadpress.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr İranın nüvə proqramı ilə bağlı CNN-ə açıqlamasında söyləyib.
Nazir İranın nüvə razılaşmasının qüsurlu olduğunu və ballistik raket proqramlarını tam şəkildə əhatə etmədiyini bildirib:
“ABŞ Prezidenti Donald Trampın qərarını dəstəkləyirik”.
Qeyd edək ki, Trampın ötən gün İranla nüvə anlaşmasından çıxdığını bəyan edib. Buna görə də Tehranın nüvə proqramını bərpa edəcəyi ehtimalı yaranıb.Axar.az