top of page

Saqqalı alman qadının Bakı arzusu


İngiltərənin This Morning səhər şousundan məşhurlaşan saqqalı qadın Mariya Bakını gəzmək istəyir.

Azadpress.az xəbər verir ki,Almaniyalı qadın bu haqda Frankfurt FM radiosunun qonağı olarkən deyib.

50 yaşlı Mariya deyib ki,onun bir neçə arzusundan biri Xəzər dənizinin sahilindəki qədim Bakı şəhərini görmək və gəzməkdir.

Alman qadını Mariya ikinci dəfə övlad dünyaya gətirdikdən sonra üzündə tüklər sürətlə çıxmağa başlayıb.Əvvəllər tükləri mütamadi təmizləsə də sonra birdəfəlik bununla barışıb və saqqal saxlamaq qərarına gəlib.Azadpress.az


bottom of page