Ukrayna yalnız Azərbaycan neftini alır


Ukrayna 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 146,022 mln. dollar dəyərində neft idxal edib. Azadpress.az xəbər verir ki, 2017-ci ildə Ukrayna Azərbaycandan 376,877 mln. dollar dəyərində neft idxal edib. "Cari ilin yanvar-aprel aylarında Ukrayna 156,302 mln. dollar dəyərində 298,34 min ton neft idxal edib. Miqdar ifadəsində artım ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 47,4%, pul ifadəsində - 68,8% təşkil edib. Azərbaycandan 146,022 mln. dollar, Əlcəzairdən 7,176 mln. dollar, İrandan 1,844 mln. dollar, digər ölkələrdən 1,259 mln. dollar dəyərində neft idxal olunub", - Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatında belə qeyd edilir.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.