top of page

1993-ci ildə 9 may niyə qeyd edilmirdi?


Bir neçə gündür ki, həm telekanallarda, həm sosial şəbəkələrdə müzakirə mövzularında biri də Xalq Cəbhəsi hakimiyyəti dövründə 9 mayın dövlət bayramı kimi qeyd edilməsinə qadağa qoyulmasıdır. İddia olunur ki, Əbülfəz Elçibəy hakimiyyəti 9 mayı qeyri-iş günü olan dövlət bayramları siyahısından çıxarmışdı.

Xalq Cəbhəsi hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında belə deyib:

"1993-cü ilin əvvəlində Azərbaycan Respublikasının dövlət bayramları, o cümlədən iş olmayan bayramların siyahısında 9 may yox idi. Bunun da bir sıra səbəbləri var idi və əsassız deyildi. Yeni müstəqillik qazanmış və SSRİ-dən ayrılmış ölkələrdə bir sıra addımlar atılırdı ki, bu, yenidən keçmiş sovetlər birliyinin bərpası, əldə olunmuş müstəqilliyin aradan qaldırılmasına səbəb ola bilərdi. Ona görə də SSRİ-nin geri qaytarılmasına xidmət eləməsi ehtimal olunan bir sıra ideoloji yüklərdən xilas olmaq məqsədəuyğun sayılırdı. Bunların içərisində 9 may günü də var idi. Çünki bu gün SSRİ-nin qorunub saxlanmasına xidmət eləyən bir məna kəsb etmiş günə çevrilmişdi. SSRİ 9 mayı nə qədər öz siyasi məqsədləri üçün ideolojiləşdirmişdisə də, şübhəsiz ki, 8-9 may tarixi gündür".Musavat.com


bottom of page