Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Azadpress.az xəbər verir ki, Fərəh Əliyeva dövlət başçısının imzaladığı digər sərəncamla Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, F. Əliyeva Azərbaycanın dəyərli ziyalısı Şirməmməd Hüseynovun qızıdır. Onun təyin olunduğu vəzifəni bundan əvvəl Fatma Abdullazadə tuturdu.