
Azadpress.az xəbər verir ki,Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda yeni otelin açılışı zamanı belə deyib.
İlham Əliyev turizmin inkişafını ölkəmizin əsas istiqamətlərdən biri olduğunu qeyd edib:
"Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi “ASAN Viza” rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu Agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır"