top of page

Azərbaycan sarı pendir istehsal edəcək


Bu gün ABŞ səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun Günəşli kəndində süd toplama və emalı müəssisəsinin açılışını ediblər.

Azadpress.az səfirliyin yaydığı məlumata istinadən xəbə verir ki, həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək.

Müəssisənin yeni avadanlığı əvvəlkindən daha tez südü emal edəcək və süd məhsulları istehsal edəcək, yerli fermerlərdən daha çox süd qəbul edəcək, korlanma nəticəsində itirilən südün həcmini azaldacaq və fermerlərin gəlirlərini artıracaq. İndi müəssisə bütün südü istifadə edərək pendir istehsal edə biləcək. Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12,700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək.Azadpress.az


bottom of page