top of page

Gürcüstanda "Toyota" avtomobillərinin sayı artıb


Gürcüstan DİN yaydığı məlumata görə, ötən 2017-ci ildə ölkədə avtomobillərin sayı 5,3% artıb.

Azadpress.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki,artımın əsasını hibrid avtomobillər təşkil edir. Gürcüstana idxal olunan maşınların 24%-i bu modellərin payına düşür.Ümumi gətirilən hibrid avtomobillərin 63%-i isə "Toyota Prius"dur.

Avtomobil bazarı üzrə ekspertlərin dediyinə görə,bu artım hibrid avtomobillərinə tətbiq edilən gömrük rüsumlarının azaldılması ilə və əks olaraq,digər avtomobillərə rüsumun yüksəlməsi ilə əlaqəlidir.

Nəticədə ucuz başa gələn və istismarı zamanı böyük xərc tələb etməyən hibrid modellər populyarlaşdı.Lakin bu faktorlarlara baxmayaraq,Gürcüstanda "Toyota"nın yolsuzluq modellərinə tələbat yüksək olaraq qalır. Azadpress.az


bottom of page