top of page

İsmayıllıda avtomobil körpüsünü sel apardı


İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

İAzadpress.az xəbər verir ki, bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub:

"Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir"TREND


bottom of page