
Azadpress.az xəbər verir ki,Maksim Şevçenko belə deyib.
"Komsomolskaya pravda" radiosunun "Kartina Dnya"(Gündəm) verilişində çıxış edən politoloq-jurnalist deyib ki,vaxtı ilə erməni jurnalistlər onun sözlərini təhrif edərək yayıblar.Bununla da məni ermənilərin düşməni kimi tanıdıblar"
Maksim Şevçenko jurnalist Mixail Leontyevi təqib edən ermənilərin əməlini pisləyib.Bunu normal cəmiyyətə yaraşmayan hadisə adlandırıb:
"Ermənistan Rusiyaya bağlı oliqarxların girovuna çevrilib.Onlar söz vermişdilər ki,Ermənistan həmişə Rusiyaya sadiq qalacaqlar,lakin belə olmadı.Ermənistanda yoxsulluq var.Qoy ermənilər bu haqda düşünsünlər"
Daha sonra aparıcının Qarabağ kimindir sualına belə cavab verib:
"Mən hesab edirəm ki,Qarabağ Azərbaycanındır.Bu mövqeyimi dəyişməyəcəyəm.Qarabağ Qafqazın İsveçrəsi olmalıdır.Orada Azərbaycanlı,erməni,rus kantonları ola bilər.Məncə,Bakı da buna razılaşar.Qarabağ qədim Qarabağ xanlığı olub"Azadpress.az