Səhiyyə Nazirliyinin daha bir səlahiyyəti alındı


Bu il iyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək.

Azadpress.az xəbər verir ki,Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında bu məsələ öz əksini tapıb.

Səhiyyə Nazirliyi iyulun 1-dən təhlükəli yeyinti məhsullarının və qida məhsullarının idxalından sanitariya mühafizəsini təmin etmək vəzifəsindən də məhrum olacaq.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.