Avroviziyada Murad Arifin "torbasını" tikiblər


“İsrailin mahnısı Martın 12-si “Youtuba” yüklənildi. Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?”

Azadpress.az xəbər verir ki, bu sözləri müğənni Murad Arif Facebook səhifəsində belə yazıb.

Murad Arif bir nömrəli “Eurovision” mütəxəssisi olduğunu deyib: “Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli “Eurovision” mütəxəssisi Murad Arifdir. Amma, mənim İTV-də “Eurovision” tok-şoularında iştirakımı əngəlliyirlər. Bu adamlarda bu qorxunun səbəbi nədir? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərini hazırlayanı, işlətdiyiniz “Avroviziya” kəlməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə… Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil, sanki…”


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.