Bakıda "Küləyə qalib gəl" marafonuna start verildi


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilir.

Azadpress.az xəbər verir ki, minlərlə insan Bakı bulvarından başlayan marafona qoşulub.“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.

“Küləyə qalibgəl” şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü ildir təşkil olunur.

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

“Bakı Marafonu-2018”in mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən, bütün marafon iştirakçılarına və marafon yarışının təşkilində dəstək göstərən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.