Benzin 10% bahalaşıb


Azadpress.az xəbər verir ki,ekspertlər ay ərzində yanacağın bahalaşmasını ABŞ-ın İrana qarşı sanksiya tətbiq etmək niyyəti ilə əlaqələndiriblər.Yunanıstan tələbatı üçün zəruri neftin əhəmiyyətli hissəsini güzəştli qiymətlərlə İrandan alır.

Bu səbəbdən də iqtisadi cəhətdən zəif olan Avropa ölkələrində benzin bahalaşıb. Yunanıstanda benzin və dizel yanacağının qyməti 10 % artıb.

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə sazişindən çıxmasını elan etməsindən dərhal sonra 6-7 faiz bahalaşıb.

Bahalaşma hər gün davam edir. Artıq 1 litrinin qiyməti 1,6 avro olan 95 markalı benzinin qiyməti 2 avroya çatıb. Dizel yanacağının 1 litri isə 1,38 avroya satılır. Yanacaq satışı ilə məşğul olan şirkətlər benzin və dizellə bağlı 60 faizə çatan vergi və rüsumların aşağı endirilməsini də tələb edirlər.APA


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.