Monteneqroda Ukrayna vətəndaşı Anastasiya Laşmanovanın meyiti tapılıb.
Azadpress.az xəbər verir ki, bu barədə “Vijesti” məlumat yayıb.
Məlumata görə, milyonçunun meyiti mayın 11-də qaldığı mənzildə aşkarlanıb. Meyitin üzərində çoxsaylı bıçaq yaraları və zorakılıq əlamətləri olub.
Qeyd edək ki, Anastasiya Laşmanova kosmetika şirkətlərinin və gözəllik salonunun sahibi olub. Onun varidatı 105 milyon avroya yaxındır.Oxu.az