top of page

Aysel Barış Mançonun mahnısını oxudu-Təqdimat olacaq


Aktrisa Aysel Nazim Türkiyədə müğənniliyə başlayıb.

Azadpress.az xəbər verir ki, aktrisa Barış Mançonun “Dönence” mahnısını oxuduğunu deyib:

“Türkiyədə yeni layihədə yer aldım. Barış Mançonun “Dönence” mahnısı 13 dildə ifa olundu. Azərbaycan dilində də mənim oxumağımı istədilər. Dedim ki, müğənni deyiləm. Düzdür, musiqi təhsilim var, pianinonu bitirmişəm, amma oxumaq istəmirəm. Dedilər ki, sən oxu. Məni studiya saldılar. Eser Taşkıranın studiyasında mahnı yazıldı, klip də çəkildi. 13 nəfərlik və tək klip lentə alındı. Klipin təqdimatını Bakıda da edəcəyəm”.Musavat.com


bottom of page