
Türkiyə vətəndaşı Camal Məhmədxanoğlu müxalif Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizədliyini irəli sürüb.
Azadpress.az xəbər verir ki,əslən Güneyli olan soydaşımız Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün səsini qazanaraq, millət vəkili seçilmək istəyir.
C.Məhmədxanoğlu vurğulayıb ki, Azərbaycan türkləri Türkiyənin əsl vətəndaşlarıdır: "Sayı 50 milyondan çox Azərbhaycan türklərinin diaspor təşkilatları ilə əlaqələrim var. Partiyamızın Azərbaycan türkləri ilə əlaqəsinin zəif oldğunu görürəm. Çoxu müasir, dünyəvi, demokrat düşüncəli olan Azərbaycan türkləri ilə CHP arasında münasibətlərin daha da güclənməsi üçün millət vəkili ollmaq istəyirəm.
Həyatımın son 10 ilində İrandakı Azərbaycan türklərinin sülhsevər, azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə etmişəm. Bu mübarizənin Türkiyə və dünyada tanınması üçün fəaliyyət göstərmişəm. Millət vəkili olaramsa, bu sahədə fəaliyytim daha uğurlu olacağını düşünürəm”.REPORT