top of page

Erməni lobbisi Leontyevi üzr istəməyə məcbur edib


Rusiyalı jurnalist,"Rosneft"in mətbuat katibi Mixail Leontyev ermənilərdən üzr istəyib.

Azadpress.az xəbər verir ki,Leontyev Ermənistanın baş naziri Nikol Paşinyana məktub yazaraq respublikadakı vəziyyətlə bağlı dediklərinə görə ondan üzr diləyib.

Jurnlaist məktubunda bildirib ki,onun dedikləri şəxsi mövqeyidir və "Rosneft"in rəsmi mövqeyini əks etdirmir.

Xəbəri Paşinyanın mətbuat xidməti yayıb. Daha sonra RİA Novosti Mixail Leontyevlə əlqə saxlayaraq xəbəri dəqiqləşdirib.Leontyev bunun həqiqət olduğunu təsdiqləyib.

Qeyd edək ki,son günlər erməni lobbisi fəal şəkildə Leontyevə qarşı qaralama kampaniyası aparıb. Ermənilər Leontyevin çıxış etdiyi Komsomilskaya pravda radiosuna və "Rosneft"ə onminlərlə telefon zəngləri edib, email və məktublar göndəriblər. Azadprerss.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page