Azadpress.az saytının rəsmi sorğusuna Şəki Şəhər İcra hakimiyyətindən cavab gəlib.
Cavabda bildirilir ki,Şəki Şəhər İcra başçısı cənab Elxan Usubov belə söz deməyib.
İcra Baçısının Köməkçisi Yusif Məmmədovun cavabında deyilir:
"Bildiririk ki, sözügedən məlumat həqiqəti əks etdirmir, təkzib olunur.
Belə bir söz verilməyib. Məsələni aydınlaşdırmaq məqsədilə müraciət etdiyinizə görə təşəkkür edirik!"
Qeyd edək ki, Türkiyəli müğənni Petek Dinçöz Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi hədiyyə edəcəyini deyib. Bu barədə o, "ATV”-yə müsahibəsində bildirib. Şəki Şəhər İcra Hakimiyyəti isə bu xəbəri təkzib edib.Azadpress.az