Soçidə görüş-Paşinyan Putinə təriflər deyib


Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Azadpress.az xəbər verir ki,Putin Paşinyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib.

Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, iki ölkə arasında münasibətlərin dinamik inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Putin beynəlxalq münasibətlərdə hər iki dövlətin eyni mövqedən çıxış etdiyini və bunun davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Ermənistan baş naziri nitqinə minnətdarlıqla başlayıb. O, vaxt tapıb görüşdüyünə görə Vladimir Putinə təşəkkür edib.Paşinyan Rusiyaya Ermınistandakı siyasi böhran zamanı göstərdiyi mövqeyə görə təşəkkür edib.Sonda isə Moskvadakı 9 may paradının yüksək səviyyədə təşkil edildiyini və möhtəşəm keçirildiyini deyib.

Maraqlı məqam odur ki,Paşinyan Rusiya və Ermənistanın müttəfiq olduğunu dilə gətirməyib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.