Tbilisidə aksiyaçılar hökumətə bir həftə vaxt verdilər


Tbilisidə gecə klublarındakı polis əməliyyatlarına etiraz olaraq keçirilən aksiyalar bitib. Azadpress.az xəbər verir ki, “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili deyib ki, aksiyaya bir həftəlik fasilə verilir.

Bu həftə ərzində etirazçılar daxili işlər nazirinin vədlərinin yerinə yetirilməsini gözləyəcəklər. Növbəti aksiya gələn həftənin şənbə günü olacaq.