
Azərbaycanlıların kompakt yaşadığı Marneulidə yaşayan dünya rekordçusu “maqnit adam” Etibar Elçiyev-Budaqlı Moskvanın Birinci Kanalın “Mən edə bilərəm” TV layihəsinin canl iştirakçısı olub.
Azadpress.az xəbər verir ki, verilişin aparıcısı Leonid Yakuboviç və Rusiya Rekordlar Kitabının redaktoru 60 xörək qaşığını “maqnit adam”ın bədəninə yapışdırıblar. Nəticədə Etibar Elçiyev-Budaqlı tamaşaçıların “əhsən” alqışını qazanıb və verilişdə 50.000 rubla layiq görülüb.
E. Elçiyev-Budaqlı Leonid Yakuboviçin sualını cavablandıradkən “Mənim rekordumu hələ heç kim təkrar etməyib”,-deyib. Elmə məlum olmayan rekordu biz qeydə ala bilmərik. Bu isə, möcüzədir”,- deyə, Rusiya Rekordlar Kitabının redaktoru “maqnit adam”ın yeni rekordunu qeydiyyata almayıb.
2013-cü ildə “Ginnesin Rekordlar Kitabına” düşən Etibar Budaqlı-Elçiyev ilk öncə Tiflisdə və Çində bədəninə yapışdırılan qaşıqları nümayiş etdirib, 2012-cü il martın 31-də İtaliyada rekord əldə edib və medal ilə təltif edilib. O, keçən il dekabrın 28-də Tiflisdə 6 dünya rekordu əldə edib və bir daha “maqnit adam” təxəllüsünü təsdiqləyib. E. Budaqlı öncə 52 qaşığı sinəsinə düzüb və 6 dəqiqə 15 saniyə saxlayıb. Sonra o, sinəsinə yapışdırdığı 10 sinini 1 dəqiqə 15 saniyə saxladığını nümayiş etdirib və sonra üzərində 84 kq yüklə 25 saniyə qaçıb.GAXA