top of page

Bakıdakı İslam kollecində əlilliyi olan qızlar təhsil alır


Bakıdakı Şəbnəm İslam kollecində təhsil alan qızlara dünyəvi fənlər də tədris olunur.

Azadpress.az xəbər verir ki,bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Şəbnəm İslam Kolleci Bakı şəhərindədir. Bu kollecdə qızlar təhsil alır. Kollecə respublikanın müxtəlif bölgələrindən fiziki qüsuru olan qızlar da cəlb edilir. Onlara dini fənlərlə yanaşı, Azərbaycan tarixi, Azərbaycan və ingilis dilləri, Azərbaycan coğrafiyası, informatika və digər dünyəvi fənlər tədris olunur, habelə müxtəlif əmək vərdişləri, o cümlədən toxuculuq, dərzilik və s. öyrədilir. Bugünədək bu dini təhsil ocağının yüzlərlə məzunu olub. Həmin kolleclərin məzunlarının bir qismi məscidlərdə və dini icmalarda müxtəlif vəzifələrdə çalışır".TREND


bottom of page