Bu gündən "ASAN Viza" terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında vizaların verilməsinə başlanılıb.
Azadpress.az xəbər verir ki, "ASAN xidmət"in sədri Ülvi Mehdiyevin verdiyi məlumata görə, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.Digər 13 ölkənin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır.
"ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.