Direktoru müəllim döyməyib-Qardaşı içkili olub


Xəbər verdiyimiz kimi Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirlir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Müşfiq Mirzəyev müəllim tərəfindən döyülməsi xəbərinə münasibət bildirib:

"Dünən Şamaxı rayon Çöl Bağırlı kəndində toyda idim. Məktəbimizdə müəllim işləyən İntiqam Azayevlə söhbət edirdim. Bu zaman onun qardaşı İntizar Azayev elə bilib ki, mən müəllim yoldaşım olan qardaşı ilə mübahisə edirəm. İçkili olduğu üçün mənə xəsarət yetirdi. Aldığım xəsarət o qədər də ciddi deyildi. Hazırda reanimasiya deyil, palatadayam. Sabah evə gedəcəm. Bir daha nəzərinizə çatdırım ki, məni müəllim yoldaşım döyməyib. Səhhətim də hazırda normaldır”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.